Sadiq Əliyevdən yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialına yeni direktor təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Rəfael Zakir oğlu Abşeron-Xızı Regional Məşğulluq filialının yeni direktoru təyin olunub.

Qeyd edək ki, ötən ay Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri Əbdül Bayramov vəzifəsindən azad olunub. O, məşğulluqla bağlı elan şirkəti açıb.