Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb.
Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri – şəhərin baş memarı vəzifəsinə təyin olunub.
R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.











