Argentinalı məşhur baş məşqçinin yeni klubu bəlli olub

  • By Admin08
  • 03 Sentyabr 2025 09:19

Argentinalı məşhur baş məşqçi Xorxe Sampaoli karyerasını Braziliyada davam etdirəcək.

Gununsesi.info xəbər verir, 65 yaşlı mütəxəssis “Atletiko Mineyro” klubunda işləyəcək.

Onun müqaviləsinin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Xorxe Sampaoli 2020-ci il mövsümündə də “Atletiko Mineyro”nun baş məşqçisi olub. Həmin vaxt komanda Braziliya A Seriyasında üçüncü yeri tutub.