Sergey Markov Rusiyada xarici agent elan edildi

  • By Günel
  • 22 Avqust 2025 19:43

Rusiya Ədliyyə Nazirliyi tanınmış politoloqDövlət Dumasının keçmiş deputatı və Rusiya İctimai Palatasının sabiq üzvü Sergey Markovu xarici agentlər siyahısına daxil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Nazirliyin məlumatına görəMarkov “Rusiya hakimiyyəti haqqında yalan məlumatların yayılmasındaarzuolunmaz təşkilatların kontentinin tirajlanmasındahəmçinin xarici KİV-lərin  xarici agentlərin platformalarında respondent qismində iştirak etməkdə” ittiham olunur.

Qeyd edək kiMarkov uzun illər Kremlin siyasətini dəstəkləyən çıxışları ilə tanınıb.

Gununsesi.info