Azərbaycanlı federasiya prezidentinin oğlu xaricdə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycan Kempo Federasiyasının prezidentinin oğlu vəfat edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, federasiya prezidenti Rauf İbrahimovun oğlu Toğrul İbrahimov Ukraynada dünyasını dəyişib.

Onun Kiyevdə binada yaşadığı mənzilin pəncərəsindən yıxılaraq həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Toğrul da karatenin kempo növü ilə məşğul olurdu.

Gununsesi.info