Dünyanın ən çirkin iti sahibinə 5 min dollar qazandırıb

  • By Admin2
  • 09 Avqust 2025 12:12

Petunia Kaliforniyanın Santa Rosa şəhərindəki Sonoma County Tədbir Mərkəzində keçirilən builki “Dünyanın Ən Çirkin İti” müsabiqəsinin qalibi olub. Sahibi Şennon Naymanın müşayiəti ilə Petunya da 5000 dollarlıq mükafatı qazandı.

Gununesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının Santa Rosa şəhərindəki Sonoma County Event Center bu il də dünyanın ən qeyri-adi görünüşlü itlərini qəbul edib.

Petuniya adlı it hər il keçirilən və bütün dünyanın diqqətini çəkən “Dünyanın ən çirkin iti” müsabiqəsinin qalibi olub.

Petuniyanı yarış boyu sahibi Şennon Nayman müşayiət edib. Münsiflər qalibi itlərin fiziki görünüşündə “unikal” və “fərqli” xüsusiyyətlərinə əsasən seçiblər.

Qısa ayaqları, çıxıntılı dili və yaraşıqlı, eyni zamanda qeyri-ənənəvi gözəlliyi ilə diqqət çəkən Petunya həm münsiflər heyətini, həm də tamaşaçıları valeh edib.