
- Mingəçevində dəbdəbəli ehsan məclislərinin qadağan edilməsi müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, Şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında mövzu ətrafında fikir mübadiləsi aparılıb, çıxışçılar ehsan mərasimlərinin dəbdəbədən uzaq keçirilməsini təklif ediblər.
Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Muatafa Muradovun rəhbərliyi ilə keçirilən toplantıda yas mərasimlərinin sadə şəkildə keçirilməsi üçün şəhər rəhbərliyinə müraciət ünvanlanması barədə qərar qəbul edilib.