Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV-ə məlumat verib.

Bildirilib ki, görüş təxminən 20 dəqiqə davam edib. Görüşdə, digər məsələlərlə yanaşı, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesi müzakirə olunub.

Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.

 

Gununsesi.info