Dünyada ət bahalaşıb

  • By Günel
  • 08 Avqust 2025 19:36

BMT-nin ət qiyməti indeksi 127.3 bənd təşkil edərək iyun ayı ilə müqayisədə 1,2 faiz artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında məlumat verilib.

Bildirilib ki, bu göstərici indiyədək qeydə alınan ən yüksək səviyyədir.

Qeyd edək ki, iribuynuzlu heyvan və quş əti qiymətləri əsasən Çin, ABŞ və ixrac tərəfdaşlarından gələn tələbin artması ilə yüksəlib. Donuz əti qiymətləri isə Avropa İttifaqındakı zəif tələbat və yüksək tədarük səbəbindən azalıb.

Gununsesi.info