Tərtərdə qəza: 3 nəfər öldü

  • By Günel
  • 08 Avqust 2025 19:25

Tərtərdə yol nəqliyyat hadisəsi zamanı 3 nəfər vəfat edib.

Gununsesi.info xəbər verir ki, qəza Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “OPEL” markalı minik maşını “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində 3 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info