Xərçəng müalicəsində əsaslı kəşf: 100-dən çox xəstə faydalanacaq

  • By Admin2
  • 08 Avqust 2025 17:23

Böyük Britaniyada yüzlərlə baş və boyun xərçəngi xəstəsi elm adamlarının “perspektivli” adlandırdığı yeni peyvəndi əldə etmək imkanı əldə edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qabaqcıl xərçəng hallarını hədəf alan bu inyeksiya immunitet sistemini gücləndirərək, insan papillomavirusu (HPV) zülallarını ehtiva edən xərçəng hüceyrələrinə hücum etməyə imkan verir.

Mütəxəssislər bu peyvəndin xərçənglə mübarizədə yeni era başlaya biləcəyini deyirlər.

Tədqiqatlar uzun müddətdir ki, baş və boyun xərçənglərinin təxminən 70 faizi HPV ilə əlaqəli ola bilər. Yeni peyvəndin AHEAD-MERIT (BNT113) adlı klinik sınaqda qabaqcıl baş və boyun xərçəngi olan 100-dən çox xəstəyə fayda verməsi gözlənilir.

Orxan

Gununsesi.info