Uçuşlar ləğv edildi - 6 milyon insan…

  • By Admin2
  • 14 Mart 2026 13:02

ABŞ və İsrailin İrana hücumlarının başlamasından bəri Yaxın Şərqdə 52 000-dən çox uçuş ləğv edilib.

Gununsesi.infoxəbər verir ki, bu barədə analitik şirkət kimi fəaliyyət göstərən Cirium məlumat yayıb.

Cirium-un məlumatına görə, bu, Yaxın Şərqlə bağlı təxminən 98 000 planlaşdırılan uçuşun yarısından çoxunu təşkil edir.

Ümumilikdə, uçuşların ləğvi təxminən 6 milyon sərnişinə təsir edib.

Gununsesi.info