close

17 il icra başçısı olan Şair Alxasov vəzifəsindən azad edildi

Şair Alxasov. Foto: Wiki

Qusara hələ ki yeni icra başçısı təyin olunmayıb

Şair Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev mayın 31-də sərəncam imzalayıb.

Şair Alxasov 2007-ci ildən Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

O, 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub.

1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində işləyib.

Hələlik Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat yoxdur.

Ana səhifəBölgə17 il icra başçısı olan Şair Alxasov vəzifəsindən azad edildi