close

ABŞ Rusiyanın iradlarına reaksiya verib

ABŞ-Rusiya. Foto: Casablanca Stock/shutterstock

“Rusiyanın Ukrayna ərazisində bu cür hərəkətlər etməyə qanuni əsası yoxdur”

ABŞ Ukraynanın işğal olunmuş ərazilərində keçirilən seçkiləri tanımaqdan imtina etdiklərinə görə Rusiyanın bir çox ölkəyə, o cümlədən Azərbaycana qarşı iradlarına reaksiya verib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller sentyabrın 13-də keçirdiyi brifinqdə bildirib ki, son illərdə Rusiya bir sıra hərəkətlərilə ərazi bütövlüyünə və suverenliyə hörmət edən dinc, sakit, sabit qonşu kimi güvənə biləcək ölkə olmadığını sübut edib. Ukraynanın işğal olunmuş ərazilərində Moskvanın keçirdiyi “seçkiləri” beynəlxalq birlik, ilk növbədə “Böyük yeddilik ” və Avropa İtttifaqı qətiyyətlə pisləyib.

Dünən “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin bəyanatında bildirilib ki, bu seçkilər Ukraynanın müstəqilliyinin və suverenliyinin növbəti dəfə pozulmasıdır:

“Rusiyanın Ukrayna ərazisində bu cür hərəkətlər etməyə qanuni əsası yoxdur”.

 ABŞ isə keçən həftə vəd edib ki, Moskvanın Ukraynanın hər hansı bir suveren ərazisinə iddialarını heç vaxt tanımayacaq və saxta seçkilərdə əli olan hər kəsə sanksiya tətbiq edə bilər.

Metyu Miller “Turan”ın sanksiyalar barədə sualına belə cavab verib:

“Mən sanksiyalar qəbul edilməzdən əvvəl onları elan və ya anons etmək fikrində deyiləm”.

Sentyabrın 13-də Rusiya XİN Bakının Ukraynanın 4 regionunda keçirilmiş seçkilərlə bağlı bəyanatı ilə əlaqədar Azərbaycana diplomatik demarş elan edib. Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, bu cür bəyanatlar qəbuledilməzdir və ölkələr arasında müttəfiqliyin xarakterinə uyğun gəlmir.

Ana səhifəSiyasətABŞ Rusiyanın iradlarına reaksiya verib