close

Rusiya Azərbaycana diplomatik demarş bildirib

Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock

Rəsmi Moskva Azərbaycanın Ukrayna ilə bağlı bəyanatından qəzəblənib

Azərbaycan XİN-in Ukraynanın ərazi bütövlüyünü tanıması rəsmi Moskvanı qəzəbləndirib. Rusiya XİN Bakının Ukraynanın 4 regionunda keçirilmiş seçkilərlə bağlı bəyanatı ilə əlaqədar Azərbaycana diplomatik demarş bildirib.

Bu barədə sentyabrın 13-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Zaxarova bildirib ki, bu cür bəyanatlar qəbuledilməzdir və ölkələr arasında müttəfiqliyin xarakterinə uyğun gəlmir.

“Hesab edirəm ki, azərbaycanlı dostlarımız yeni regionların tarixini yaxşı bilirlər”, – deyə Zaxarova əlavə edib.

Mariya Zaxarova
Foto: Lenta.ru

Sentyabrn 9-da Azərbaycan XİN Ukrayna və Azərbaycanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini açıqlamışdı.

Nazirlik yaydığı açıqlamada bildirmişdi ki, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini düşünür.

“Bu meyarlara cavab vermədiyi üçün Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”, – bəyanatda bildirilib.

Ana səhifəSiyasətRusiya Azərbaycana diplomatik demarş bildirib