close

ABŞ Ukrayna, İsrail və Tayvana ümumilikdə 95 milyard dollarlıq yardım edəcək

ABŞ Senatı. Foto: rarrarorro/shutterstock

Yardım paketinin təsdiqlənməsi aylarla davam edən çətin danışıqlardan sonra baş tutub

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana birlikdə 95 milyard dollarlıq yardım paketini qəbul edib.

Demokratların rəhbərlik etdiyi ABŞ Senatı fevralın 13-də bu qərarı qəbul edib. Beləliklə, Ukrayna, İsrail və Tayvana yardımı ehtiva edən 95 milyard dollarlıq qanun layihəsi qəbul edilib.

Layihə Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına göndərilib. Yardım paketinin təsdiqlənməsi aylarla davam edən çətin danışıqlardan sonra baş tutub.

Qanun layihəsinin Senatdan keçməsi döyüş meydanında kritik çatışmazlıqlar fonunda Ukrayna üçün xoş bir işarə hesab olunur

Yekun səsvermədə 22 respublikaçı, 2 demokrat, Oreqondan senator Ceff Merkli və Vermontdan Peter Uelç, eləcə də müstəqil senator Berni Sanders bunun əleyhinə səs verib.

Ana səhifəDünyaABŞ Ukrayna, İsrail və Tayvana ümumilikdə 95 milyard dollarlıq yardım edəcək