close

“AbzasMedia” ətrafında nə baş verir?

21 noyabr, gecə saat 4-ün yarısı jurnalist Sevinc Vaqifqızının yaşadığı mənzildə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları axtarış aparır. Onlar Sevinc Vaqifqızını ölkəyə qayıdarkən hava limanında elə təyyarə pilləkənlərindəcə saxlayıblar.

2 saatdan çox axtarışdan sonra mənzildən qanunazidd heç nə tapılmayan jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qabaqcadan əlbirliklə bir qrup şəxs tərəfdən törədilən qaçalmalçılıqla) ittiham edildi. Bundan bir gün öncə jurnalist Ülvi Həsənli də eyni aqibəti yaşadı. Jurnalistlər “AbzasMedia”nın rəhbər vəzifələrində yer alırlar.

“AbzasMedia” əsasən İlham Əliyevin və yüksək vəzifəli şəxslərin korrupsiya cinayətlərini ortaya çıxaran araşdırmalar yayımlayırdı. “AbzasMedia” bəyanat yayaraq bildirib ki, həbslər ölkə başçısı İlham Əliyevin sifarişi ilə həyata keçirilir.

“Siz doğru xəbərə layiqsiniz və ödədiyiniz vergilərin kimlər tərəfindən haraya və necə xərcləndiyini bilmək sizin haqqınızdır. Sizin məlumat almaq azadlığınızın qarşısını bizim həbsimiz əngəlləyə bilməz. Biz araşdırmalarımıza davam edəcəyik”.

Jurnalistlərin həbs edildiyi vaxtda hökumətə yaxın media qurumları müstəqil mediaların ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyələşdiyini deyir. Məqalədə yazılır ki, istintaq prosesində “AbzasMedia”nın Qərb institutlarından külli-miqdarda maliyyə vəsaiti aldığı müəyyən edilib. Alınan vəsait qeydiyyatsız olaraq ölkəyə gətirilib, qeyri-leqal formada realizə edilib.

23 noyabrda həmçinin jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova bu cinayət işi üzrə şahid qismində dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. Jurnalistlərin həbsiylə bağlı ‘’Human Rights Watch” bəyanat yayıb. Təşkilat bildirir ki, jurnalistlər qaçaqmalçılıq kimi saxta ittihamlarla üzləşib.

Lakin məhkəmə onları uzun müddət həbsdə saxlamaq üçün heç bir konkret fakt təqdim etməyib. “AbzasMedia”nın ofisində axtarış aparılarkən qapının girişindəki şkafın üstündən guya 40 min avro tapıldığı deyilir. Amma jurnalistlər bu vəsaitin polisin yerləşdirdiyini deyirlər. “AbzasMedia”nın jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində saxta qaçaqmalçılıq ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ana səhifəVideo“AbzasMedia” ətrafında nə baş verir?