close

AÇ-2024: Finala yüksələn ikinci komanda məlum olub

Foto: Reuters

İngiltərə millisi yarımfinalda Niderlandı məğlub edib

İyulun 10-da Almaniyada təşkil olunan Avropa çempionatında ikinci yarımfinal oyunu keçirilib.

Yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə milli komandaları üz-üzə gəlib.

Foto: Reuters

Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda keçirilən oyun saat 23:00-da başlayıb. Qarşılaşma İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ingilisləri Avropa çempionatının finalına çıxarıb.

Yarımfinalın ilk görüşündə İspaniya millisi Fransanı 2:1 hesabı ilə məğlub etmişdi. İyulun 14-də keçiriləcək final matçında İspaniya və İngiltərə komandaları qarşı-qarşıya gələcək.

Ana səhifəİdmanAÇ-2024: Finala yüksələn ikinci komanda məlum olub