close

Bloger Hüseyn Həsənovun Rusiyadan qaçdığı deyilir

Həbs. Mənbə: Maxx-Studio/shutterstock

İnfobiznesmenin külli miqdarda vergi borcu olduğu bildirilir

Rusiyada yaşayan azərbaycanlı videobloger, infobiznesmen Hüseyn Həsənovun Rusiyada vergidən yayındığı üçün məsuliyyətə cəlb olunduğu və ölkədən qaçdığı deyilir.

Bu barədə Rusiya İctimai Palatasının üzvü, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina öz “Telegram” kanalında məlumat verib.

Hüseyn Həsənov. Foto: “İnstagram” səhifəsindən

Mizulina bildirib ki, Hüseyn Həsənovla bağlı vergi idarəsi məhkəməyə müraciət edib.

Nəticədə infobiznesmenə məxsus bir sıra şirkətlər borca görə qapadılıb, özü isə Rusiyadan qaçıb.

2024-cü il iyulun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb.

Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb.

Hüseyn Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcunun yığıldığı bildirilib.

Hüseyn Həsənov 1994-cü ildə Sankt-Peterburqda doğulub.

O, “İnstagram”da videobloger kimi məşhurdur. Həmçinin infobizneslə məşğul olur.

“Milyonçu təfəkkür” və bir sıra onlayn kurs satışı ilə tanınır.

Ana səhifəDünyaBloger Hüseyn Həsənovun Rusiyadan qaçdığı deyilir