close

Afiəddin Məmmədov azadlığa çıxıb

Afiəddin Məmmədovun (Meydan.TV)

O, təzyiqlərə baxmayaraq, fəsliyyətlərini davam etdirəcəyini deyib

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 30 sutkalıq inzibati həbs cəzasını bitirərək bu gün azadlığa buraxılıb.

O, “Facebook” pofilində yazıb ki, konfederasiyaya qarşı təzyiqlərin artması, həmçinin iki üzvün ağır cinayət ittihamı ilə həbs edilməsi üzücü olsa da, fəaliyyətlərinə davam edəcəklər.

2023-cü il avqustun 1-də İşçi Masası və Kuryerlər Birliyi “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliyə əsasən, sürət həddi 50 km/saat-dan yuxarı olan motolar üçün qeydiyyat nişanı və sürücülük vəsiqəsinin tələb olunması ilə bağlı qaydanın qüvvəyə minməsinə etiraz ediblər.

İttifaqın sədri Afiəddin Məmmədov elə həmin gün axşam saatlarında polislər tərəfindən saxlanılıb.

Xətai Rayon Məhkəməsinin qərarına əsasən, onun barəsində 30 sutka inzibati həbs cəzası seçilib.

Avqustun 5-də İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyası üzvləri Baкı Şəhər Baş Polis İdarəsinin binasına plaкatları yapışdıraraq onun həbsinə etiraz ediblər.

Həmin gün ittifaqın digər üzvü Elvin Mustafayev polislər tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 8-də İşçi Masasının digər üzvü Orxan Zeynalov barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi açılaraq, ona qarşı təqiblər başlanıldığı bildirilib.

Daxili İşlər Nazirliyi isə Orxan Zeynalovun təqib olunması ilə bağlı iddiaları təkzib edib.

Avqustun 11-də isə İşçi Masası İdarə Heyətinin üzvü Ayxan İsrafilov polislər tərəfindən saxlanılıb və “narkotik” ittihamı ilə cinayət işi açılaraq həbs edilib.

İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyası 2022-ci martın 1-də yaradılıb.

Azərbaycanda işçi hüquqlarını müdafiə edən tək həmkarlar ittifaqı olan İşçi Masası üç il ərzində işçilərin hüquqlarını müdafiə etmək məqsədilə bir sıra etiraz aksiyaları keçirib, İdarə Heyəti üzvləri və fəalları təqiblərə və həbslərə məruz qalıb.

Azərbaycan rəsmiləri isə birmənalı olaraq heç kimin siyasi baxışlarına görə həbs edilmədiyini deyir.

Afiəddin Məmmədov bundan əvvəl 2023-cü ilin fevralında ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiyada saxlanılıb və 30 sutka inzibati qaydada həbs cəzası alıb.

Milli Məclis tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilən əlavə və dəyişiklikdən gedir.

Avqustun 1-dən qüvvəyə minən qanuna görə, mühərrikinin işçi həcmi 50 kub/santimetr və daha çox, konstruktiv maksimal sürəti isə saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi bu gündən etibarən inzibati məsuliyyət yaradır.

Polis elə bu gün qanunun tətbiqinə başlayıb, amma ortada xeyli anlaşılmaz məqamlar var.

2022-ci il dekabrın 16-da Milli Məclisdə qəbul edilən “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, sürət həddi 50 km/saat-dan yuxarı olan motolar üçün qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb olunur.

Qanun 2023-cü il avqustun 1-də qüvvəyə minib.

Ana səhifəXəbərlərAfiəddin Məmmədov azadlığa çıxıb