close

Azərbaycanla Ermənistanın təmas xəttində toqquşma: ölən və yaralananlar var

Azərbaycan əsgəri, foto: REUTERS/Aziz Karimov

Bakı və Yerevan bir-birini günahlandırır

Azərbaycanla Ermənistan arasındakı təmas xəttində vəziyyətin gərginləşdiyi bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 1-də səhər saatlarında yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Nazirliyin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.

Nəticədə daha iki hərbi qulluqçu yaralanıb.

Ermənistan tərəfinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirdiyi bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin sentyabrın 1-də yaydığı məlumatda bildirilir ki, Zod rayonunda yerləşən mövqelərinə açılan atəş nəticəsində iki erməni hərbçisi ölüb, bir nəfər yaralanıb.

Ana səhifəXəbərlərAzərbaycanla Ermənistanın təmas xəttində toqquşma: ölən və yaralananlar var