close

Kadırov anasına görə ABŞ-a şərt qoydu

Source: Архив

“Anamın üzərindən sanksiayalar götürülməsə, ABŞ diplamatları Avropaya səfər edə bilməzlər”

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-dan anası Aymani Kadırovanın adının sanksiyalar siyahısından çıxarılmasını tələb edib.

O, video müraciətini “Telegram kanalında yayıb.

“Mən artıq ABŞ və Qərbin məntiqsiz sanksiya qərarlarına təəccüblənməyi dayandırmışdım ki, yeni siyahıda əziz anamın adı çıxdı. Anamın yalnız və yalnız xeyriyyəçilik fəaliyyəti ilə məşğul olması bütün dünyaya məlumdur. Ona görə də Amerikanın bu addımı bütün etik normalara qəsdən etinasız yanaşma kimi qiymətləndirilə bilər”, – Kadırov deyib.

Çeçenistan rəhbəri bölgədə baş verən bütün hərbi ixtişaşlarda ABŞ-ı günahlandırıb:

“Birinci və İkinci Çeçenistan müharibələri, Gürcüstan, Ukrayna – bütün bunlar ABŞ-ın postsovet məkanında həyata keçirdiyi layihələrdir. Mən hələ dünyada baş verən digər münaqişələri demirəm. ABŞ özünü çox rahat hiss edir, Ukrayna xalqını ölümə itələyir və çiçəklənən demokratiyanın arxasında gizlənir. Bu iyrəncliyin qarşısını almaq lazımdır”.

Kadırov deyib ki, anasının üzərindən sanksiyalar götürülməsə, amerikalı diplomatlar Avropa ölkələrinə və Rusiyaya səfər edə bilməyəcəklər.

ABŞ avqustun 24-də Rusiyaya qarşı növbəti sanksiya siyahısına Kadırovun anası da daxil olmaqla daha 11 şəxsi əlavə edib.

Siyahıda Çeçenistanın vilayət hökumətinin sədri Müslüm Xuçiyev, Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistandakı xüsusi təyinatlı polis alayının komandiri Zamid Çalaev və insan haqları üzrə müvəkkil Mənsur Soltayevin də adı var.

Ramzan Kadırovun anası Aymani Kadırova 20 ildir ki, xeyriyyə işləri ilə məşğul olduğunu deyir.

O həm də Axmat Kadırov Xeyriyyə Fondunun rəhbəridir.

Rusiya Prezidenti Vladimir Putin 2023-cü il avqustun 2-də Aymani Kadırovanı ictimai fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edib.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Fevralın 24-dən bu yana Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada Rusiyaya müxtəlif sanksiyalar qoyub.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.

Ana səhifəXəbərlərKadırov anasına görə ABŞ-a şərt qoydu