close

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsinə razılıq verib

Kiyev. Mart, 2022. Foto: Meydan TV

“Euroclear” depozitarından əldə edilən gəlir səhmdarlara ödənilməyəcək

Bütün Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri yekdilliklə Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri Ukraynanın bərpası üçün istifadə oluna biləcək xüsusi fonda köçürmək planını dəstəkləyiblər. Bu barədə “Financial Times” xəbər verir.

Əldə edilən razılaşmalara əsasən, “Euroclear” depozitarından əldə edilən gəlir səhmdarlara ödənilməyəcək və ayrıca qeyd olunacaq. Sonra da Ukraynaya ünvanlı dəstək üçün Aİ-nin xüsusi fonduna köçürüləcək. Bu, yenidən bütün Aİ ölkələrinin konsensus qərarını tələb edəcək.

Müqavilə layihəsində vurğulanır ki, həmin mexanizm Aİ hüququ, beynəlxalq hüquq və müqavilə öhdəliklərinə uyğun olacaq. Yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.

Ötən ilin sonunda Qərb ölkələrində Rusiyanın təqribən 300 milyard dollarlıq aktivlərinin müsadirə olunması ilə bağlı müzakirələr yenidən güclənib. Bu məbləğdən təxminən 200 milyard avro Avropa İttifaqı ölkələrindədir.

Ana səhifəSiyasətAİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsinə razılıq verib