close

Qırğızıstanda həbs edilmiş 11 jurnalisti istintaq təcridxanasına köçürüblər

İllüstrasiya: Meydan TV

Onları təxminən 2 həftə müvəqqəti saxlanma təcridxanasında saxlayıblar

Yanvarın 29-da saat 14:00-da “Temirov Live”ın 11 indiki və keçmiş işçiləri Bişkekdəki 1-ci istintaq təcridxanasına köçürülüb. Bu barədə “Kloop”a vəkil Ulan Seyitbəyov məlumat verib.

Jurnalistlər yanvarın 17-dən Bişkekdə Müvəqqəti Saxlama Təcridxanasında saxlanılırdılar. Halbuki, qaydalara əsasın, saxlanılanlar müvəqqəti saxlama təcridxanasında 48 saatdan artıq qala bilməzlər. Yalnız bəzi hallarda məhkəmənin qərarı ilə həbs müddəti 10 günə qədər uzadıla bilər. Yanvarın 29-da İşgəncələrin Qarşısının Alınması üzrə Milli Mərkəz bu hadisəni işgəncə kimi qiymətləndiriləcəyini bəyan edəndən sonra onları istintaq təcridxanasına köçürüblər.

Yanvarın 16-da səhər polis jurnalistlərin evlərində kütləvi axtarışlar aparıb, daha sonra onları saxlayıb. Ümumilikdə “Temirov Live”, “Ait Ait Dese”, “Alga Media”, “Archa Media” və “PolitKlinika”nın 11 əməkdaşı saxlanılıb. Məhkəmə onların hamısını iki ay müddətinə 1-ci istintaq təcridxanasına yerləşdirib – onlardan 9-u “iğtişaşlara çağırış”da şübhəli bilinir, “Temirov Live”ın rəhbəri Maxabat Tajibek qızı və Akın Azamat İşenbekov isə “təşkilatçılar” kimi qələmə verilir.

Qırğızıstanın media ictimaiyyəti jurnalistlərin saxlanmasını pisləyib, bir sıra parlament üzvləri o cümlədən Tazabek İkramov və Dastan Bekeshev də onlara qoşulub.

Bir sıra beynəlxalq insan haqları təşkilatları Qırğızıstan hakimiyyətini jurnalistlərin cinayət təqibini dayandırmağa çağırıb. Sənəddə vurğulanır ki, mediaya qarşı cinayət işləri Qırğızıstanda söz azadlığına qarşı kampaniyanın gücləndirilməsi kontekstində açılıb və çox güman ki, müstəqil mediada qorxu mühitini artıracaq.

Prezident Sadır Japarov bu həbslərə münasibət bildirərkən deyib ki, saxlanılan şəxslər peşəkar jurnalistlər deyil, “sosial şəbəkələrdən istifadə edən, məsuliyyətsiz şəkildə müxtəlif məlumatlar, o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan məlumatlar dərc edən blogerlərdir”.

Ana səhifəXəbərlərQırğızıstanda həbs edilmiş 11 jurnalisti istintaq təcridxanasına köçürüblər