close

Alen Delon öldü

Alen Delon. Foto: Reuters

88 yaşlı aktyor üç övladı və ailəsinin əhatəsində dünyayla vidalaşıb

Fransız aktyor Alen Delonun vəfat etdiyi bildirilir. Aktyorun övladlarının məlumatına görə, o, avqustun 18-də Fransada Duşi kommunasındakı evində üç övladı və ailəsinin əhatəsində vəfat edib.

88 yaşlı aktyor onkoloji və altsheymer xəstəliyindən əziyyət çəkirdi. Alen Delon 1935-ci il, noyabrın 8-də Parisdə doğulub. Teatr və kino aktyoru, kinorejissor, ssenarist və prodüser olub.

O, “Parlaq günəşdə” (1960), “Rokko və qardaşları” (1960), “Leopard” (1963), “Qara lalə” (1964) filmləri ilə məhurlaşıb.

Ana səhifə ▸ Mədəniyyət ▸ Alen Delon öldü