close

“Amnesty International”: “Qərb ölkələrin oxşar pozuntularına göz yummamalıdır”

Foto: By Casimiro PT/Shutterstock

“Bu, universal insan haqlarının bütöv quruluşunu zərbə altında qoyur”

On ildən artıqdır ki, dünyada insan hüquqlarına və qanunun aliliyinə hörmət davamlı pisləşir.

“Amnesty International” insan hüquqları təşkilatının martın 27-də yaydığı illik hesabatda belə deyilir.

Dağılan infrastruktur, yaranan ərzaq böhranı

Hesabatda qeyd edilir ki, Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal edərək sülh içində olan xalqa və ölkəyə ziyan vurub, dağıntılar törədib.

Qısa zaman ərzində mülki infrastruktur dağıdılıb, minlərlə insan öldürülüb və xeyli insan yaralanıb.

Ukrayna. Foto: Reuters

Təşkilat qeyd edir ki, Rusiyanın bu hərəkəti qlobal enerji böhranını sürətləndirib:

“Ərzaq istehsalı və paylanması sistemlərini çökdürüb. Bu da qlobal ərzaq böhranına səbəb olub”.

Avropaya sığınan ukraynalılar

“Amnesty International” bildirir ki, işğaldan bir həftə keçməmiş ICC-nin Baş Prokuroru Ukraynada törədilmiş hərbi cinayətlərlə bağlı təhqiqat elan edib.

Martın 2-də BMT Baş Assambleyasında ölkələrin böyük əksəriyyəti Rusiyanın işğalını təcavüz aktı kimi pisləməyə səs verib.

Ukrayna qaçqınları. Foto: Gabriel Preda RO/shutterstock

Bu arada uzun müddət qaçqınları rədd edən Avropa ölkələri sərhədlərini təhlükəsizlik istəyən ukraynalılara açıb:

2022-ci il ərzində ciddi şəkildə ədalətə və müharibə cinayətlərinə dəstək üçün beynəlxalq çağırışlar aparılıb”.

Efiopiyadakı müharibə

Təşkilat bildirib ki, 2022-ci ildə Efiopiyadakı müharibə də yüz minlərlə insanın ölümünə səbəb olub. Bu, son zamanların ən ölümcül münaqişələrindən sayılır.

Hesabatda bildirilir ki, hələ qırğınların çoxu ictimaiyyətdən gizlədilib. Qərbi Tiqrayda tiqrayanlara qarşı etnik təmizləmə kampaniyası həyata keçirilib.

Fələstinlilər və İsrail dövləti

İnsan hüquqları təşkilatı qeyd edir ki, 2022-ci il İordan çayının qərb sahilində fələstinlilər üçün son on ildə ən ölümcül il olub.

Onlarla uşaq da daxil olmaqla ən azı 151 nəfər İsrail qüvvələri tərəfindən öldürülüb.

Fələstin və İsrail. Foto: vladm/shutterstock

İqlim fəlakətləri

Təşkilat qeyd edir ki, 2022-ci il həm də iqlim fəlakətləri ilə yadda qalıb: daşqınlar, yanğınlar, quraqlıq və istilik dalğaları.

Nəticədə nəzarət olunmayan iqlim böhranı da insanlara dağıdıcı xəsarət yetirib.

Hesabat müəlliflərinə görə, təbii fəlakətlər də öz növbəsində ölümlərə, mənzil və dolanışıq vasitələrinin itirilməsinə, ərzaq təhlükəsizliyinin artmasına səbəb olub:

“Bununla belə, bu fəlakətlər qarşısında dünya liderləri Misirdə bir araya gəlsə də, lazım olan tədbirləri görə bilmədilər”.

Neft gəlirləri

Hesabatda bildirilir ki, altı ən böyük Qərb neft şirkəti 2022-ci ildə 200 milyard ABŞ dollarından çox, rekord mənfəət əldə edib:

“Bu, qeyri-adi yığım təkcə Rusiyanın Ukraynaya qarşı təcavüzünün, enerji qiymətlərini qaldırmasının məhsulu deyil. Bu, qalıq yanacaq sənayesinin bizneslərinin dünyanın iqliminə vurduğu ziyana məhəl qoymamasını əks etdirir”.

Neft və dollar. Foto: GAS-photo/shutterstock

İkili standartlar

“Amnesty International” bildirir ki, COVID-19 pandemiyası və hazırki Rusiya-Ukrayna müharibəsi ikili standartları daha da kəskinləşdirib.

Məsələn, varlı xalqlar COVID-19 peyvəndlərini yığdılar. Bu da çoxtərəfli yenidən bölüşdürmə sistemlərini zəiflətdi, nəticədə bərabərsizlik dərinləşdi.

COVİD-19
Foto: Meydan TV

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə gəlincə, təşkilat qeyd edir ki, bu, təcavüzdür və ümumbəşəri dəyərlərə qarşı müharibədir.

Bu müharibədə qalib gəlmək üçün Qərb dünyası digər ölkələrin oxşar təcavüzünü effektiv şəkildə qəbul edə bilməz. Səudiyyə Ərəbistanı və Misirdə də insan hüquqları pozulur. Lakin Qərb buna qarşı susqundur. Bunu insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı reaksiyalarda və bu cinayətlərdən qaçan insanların müdafiəsində də gördük”.

Yekun olaraq

Təşkilat hesab edir ki, 2022-ci il beynəlxalq nizam üçün dönüş nöqtəsi ola bilər. Buna misal kimi ABŞ və digər Qərb gücləri arasında əməkdaşlığı göstərmək olar:

Lakin insan haqları cəbhəsində dönüş olmadı. Əksinə, nəzarətsiz enişlər yaşandı. Rusiyanın təcavüzü daha da irəli getdi. Onilliklər boyu qüdrətli dövlətlər etdikləri əməllərdə cəzasız qalır, bu da baş verənlərə təkandır”.

Hesabatda qeyd edilir ki,  müharibələr diqqəti iqlim böhranından, digər uzun müddətdir davam edən münaqişələrdən və bütün dünyada insan əziyyətlərindən yayındırıb.

Qərbin Rusiyanın Ukraynaya təcavüzünə cavabı həm də onun ikili standartlarını və başqalarına qarşı əhəmiyyətsiz reaksiyalarını gün üzünə çıxarıb:

Ukrayna. Foto: Reuters

Təşkilat bu misal kimi Rusiyanın Ukraynaya qarşı təcavüzünə Qərbin sürətli reaksiyasına da toxunur. Qeyd edir ki, həmin dövlətlər insan haqları məsələlərində konkret hallar üzrə “abırsız ikiüzlülük və ikili standartlar göstərib”.

Üstəlik, bəzi müttəfiqlərin kobud pozuntularına qarşı lazımlı addım atılmayıb:

Dövlətlər bir dəqiqə insan haqları pozuntularını tənqid edə, o biri dəqiqədə isə yalnız öz maraqlarına risk yaranır deyə digər ölkələrin oxşar pozuntularına göz yummamalıdır. Belə halları anlamaq mümkün deyil. Bu, universal insan haqlarının bütöv quruluşunu zərbə altında qoyur”, – “Amnesty International”ın baş katibi Aqne Kalamar belə deyib. 

Ana səhifəXəbərlər“Amnesty International”: “Qərb ölkələrin oxşar pozuntularına göz yummamalıdır”