close

Avro dollar qarşısında yüksəlib

Avro. Foto: artofvisionn/shutterstock

“Bu, yaxın aylarda daha güclü avroyla qarşılaşa biləcəyimizin xəbərçisidir”

Avro dollar qarşısında dəyər qazanıb. Bu, il ərzində avronun ilk sıçrayışıdır.
Avro simvolik 1.10 dollar səviyyəsini ötüb, 2.5%-dən çox dəyər qazanıb.

“Commerzbank”ın valyuta analitiki Volkmar Baur deyib ki, bu, inflyasiya hər iki tərəfdə (Atlantik okeanı) aşağı düşür. Onun sözlərinə görə, FED aşağıya doğru bir az daha aqressiv hərəkət edə bilər:

Bu, yaxın aylarda daha güclü avroyla qarşılaşa biləcəyimizin xəbərçisidir”.

“Commerzbank” ilin sonunadək indiki səviyyənin (1 avro =1.11 dollar) dəyişməyəcəyini proqnozlaşdırır.

“Rabobank”-ın valyuta strategiyasının rəhbəri Jane Foley qeyd edib ki, avronun yüksəlişi ABŞ-ın vitse-prezidenti Kamala Harrisin rəy sorğularında qazanması fonunda baş verib.

Ana səhifəİqtisadiyyatAvro dollar qarşısında yüksəlib