close

Teylor Sfivt Avstriya hökumətinə təşəkkür edib

Teylor Svift. Foto: Reuters

“Onların sayəsində həyatlar üçün deyil, konsertlər üçün yas tutduq”

Amerikalı müğənni Teylor Sfivt Vyanada terror hücumu təhlükəsilə əlaqədar ləğv edilmiş konsertlərilə bağlı danışmaq qərarına gəlib.

Müğənni təxribatlara yol verməmək üçün indiyə kimi susmağı üstün tutduğunu bildirib:

Konsertlərimə gələn pərəstişkarları incitmək istəyənləri təhrik etməmək üçün danışmamaq qərarına gəldim. Belə hallarda susmağı, təmkinli davranmağı və uyğun zamanda danışmağı vacib hesab edirəm. Mənim üçün ən vacib olan Avropa turumuzu təhlükəsiz başa çatdırmaq idi. Rahatlıqla deyə bilərəm ki, buna nail olduq”.

Ləğv edilmə səbəbi məni üzdü, çünki bu konsertlərə çoxlu insan gəlməyi planlaşdırırdı. Amma mən həm də hakimiyyətə minnətdar idim ki, onların sayəsində həyatlar üçün deyil, konsertlər üçün yas tutduq”, – müğənni deyib.

2024-cü il avqustun 8,9 və 10-da Teylor Sviftin “The Eras Tour” Avropa konsert turu çərçivəsində Vyanadakı üç konserti planlaşdırılmışdı.

Avqustun 7-də konsert terror hücumu təhlükəsi səbəbilə ləğv edilib.

Terror hücumu təşkil etmək istəyənlərin bir neçəsi isə həbs olunub.

Avstriya daxili işlər naziri Gerhard Karner isə bildirib ki, terror hücumunu planlaşdırmaqda şübhəli bilinənlərdən biri 19 yaşlı Şimali Makedoniya əsillidir.

Digəri isə 18 yaşlı İraq vətəndaşıdır.

Şimali makedonilyalı şübhəlinin evində kimyəvi maddələr və texniki qurğular aşkar olunduğu deyilir.

Həmin gəncin İŞİD terror qruplaşmasının üzvü olduğu bildirilir.

Nazirin sözlərinə görə, daha öncə 17 və 15 yaşlı daha iki yeniyetmə saxlanılıb.

Onlardan ikincisi işdə şahid qismində iştirak edir.

Gerhard Karner qeyd edib ki, onlar Sviftin təxminən 20 min pərəstişkarının toplaşmalı olduğu konserti zamanı terror aktı törətməyi planlaşdırıblar.

Ana səhifəMədəniyyətTeylor Sfivt Avstriya hökumətinə təşəkkür edib