close

Bidzina İvanişvili seçicilərlə güllə keçirməyən şüşə arxasından görüşüb

İvanişvili. Foto: Reuters

“Gürcü Arzusu”nun fəxri sədri planlarından danışıb

“Gürcü Arzusu” regionlarda seçicilərlə görüşə Mtsxetadan başlayıb və izah edib ki, bu, simvolikdir, çünki bu şəhər inancın simvolu və Gürcüstanın qədim paytaxtıdır.

Görüşdə hakim partiyanın bütün yüksək vəzifəli şəxsləri iştirak ediblər. Bidzina İvanişvili üçün zirehli şüşə ilə hasarlanmış ayrıca stend hazırlanıb.

İvanişvili çıxışında bildirib ki, seçkilərdən sonra “Gürcü Arzusu” Vahid Milli Hərəkatı ləğv etməyə başlayacaq.

Oktyabrın 26-da keçiriləcək seçkilər Milli Hərəkatın Nürnberq məhkəməsinə çevrilməlidir”, – İvanişvili bəyan edib.

O qeyd edib ki, “Gürcü Arzusu” bütün planlarını reallaşdırmaq üçün seçkilərdə konstitusion səs çoxluğu əldə etməlidir.

Həmçinin parlament seçkiləri “Milli Hərəkat” üçün Nürnberg prosesinə çevrilməlidir və gürcü xalqı, xarici agenturaları təmsil edən, vətənə xəyanət edən siyasətçilərə hökm çıxarmalıdır”, İvanişvili çıxışı zamanı deyib.

“Gürcü Arzusu”nun fəxri sədri çıxışı zamanı eynicinsli şəxslərin nikahını, LGBT cütlükləri tərəfindən uşaqların övladlığa götürülməsini və cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını qadağan edəcək “anti-LGBT” layihəsi haqqında da danışıb.

İvanişvili təkrar edib ki, “Gürcü Arzusu” ölkənin ərazi bütövlüyü məsələsinin həllinə ümid edir və bunun üçün Konstitusiyaya düzəlişlər etməyi planlaşdırır. Amma hansı dəyişikliklərin olacağını açıqlamayıb.

Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin avqustun 21-də çıxışı zamanı “risklərin artması” səbəbindən təhlükəsizlik tədbirlərinin gücləndirildiyini deyib. O, bu barədə tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bilirsiniz ki, təhlükəsizlik riskləri artıb. Bu məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma aparılır. Siz də dünyada baş verənləri bilirsiniz və onu da bilirsiniz ki, Bidzina İvanişvili ölkədə sülhün əsas təminatçısıdır. Ona görə də əsas risk faktorları da bununla bağlıdır. Bu gün görülən və növbəti görüşlərdə görəcəyimiz gücləndirilmiş təhlükəsizlik tədbirləri tamamilə məntiqlidir”.

İyulun 24-də Dövlət Təhlükəsizliyi Xidməti (Susi) Gürcüstanda “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin öldürülməsinin planlaşdırıldığı barədə məlumat yayıb.

Sözügedən cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq və hakimiyyəti zəiflətmək fonunda dağıdıcı qüvvələr tərəfindən əyalət hakimiyyətini zorakılıqla devirməkdir”, – Susinin bəyanatında deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 18-323-cü maddəsinin birinci hissəsi və 315-ci maddəsinin birinci hissəsi ilə iş başlanıb.

Susi “Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurları və Ukraynada hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təşkil edilmiş və maliyyələşdirilən “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını araşdırır”.

Ana səhifəDünyaBidzina İvanişvili seçicilərlə güllə keçirməyən şüşə arxasından görüşüb