close

Avropa İttifaqı 3 rusiyalıya qarşı tətbiq edilən sanksiyanı ləğv edəcək

Avropa İttifaqı. Foto: artjazz/shutterstock

Qərarın səbəbləri açıqlanmayıb

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi ilə əlaqədar üç nəfərə qarşı tətbiq edilən sanksiyaların müddətini uzatmamaq qərarına gəlib.

“Reuters” yazır ki, Aİ investor və milyarder Fərhad Əhmədov, Vahid Sosial Təminat qrupunun direktorlar şurasının sədri Qriqori Berezkin, həmçinin “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə qarşı tətbiq etdiyi məhdudiyyətləri aradan götürəcək.

Qərarın səbəbləri açıqlanmayıb.

Aİ altı aydan bir yenilənən sanksiyaların tətbiqi üçün 27 üzv dövlətin yekdilliyini tələb edir.
Onlara qarşı mövcud sanksiyaların müddəti bu həftə, sentyabrın 15-də başa çatır.
Rusiya 2022-cil fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Ana səhifəDünyaAvropa İttifaqı 3 rusiyalıya qarşı tətbiq edilən sanksiyanı ləğv edəcək