close

Avropa Məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı işi araşdırmağa başlayıb

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Karantin qaydalarını pozmaqda ittiham olunan şəxsin də şikayəti araşdırılır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) COVİD 19 məhdudiyyətləri ilə bağlı Azərbaycandan göndərilmiş şikayəti araşdırmağa başlayıb.

Şikayətçilərdən Fərrux Əliyev 2020-ci ildə karantin qaydalarının pozulması əsası ilə 1 aylığa inzibati həbs edilib. Heç bir rəsmi qərar olmadan onun iki mobil telefonu da müstəntiqlər tərəfindən götürülüb.

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Ərizəçi AİHM-də milli məhkəmələrin öz qərarlarını əsaslandırmadığını, ona pulsuz hüquqi yardım edilmədiyini, mobil telefonlarının götürlüməsi ilə şəxsi həyata hörmət hüququna müdaxilə olunduğunu iddia edib.

AİHM 2022-ci ilin sonunda həbs edilmiş ictimai fəal Bəxtiyar Hacıyevin işini də incələməyə başlayıb. Saxlanılıb, həbs edilən Hacıyevin, habelə, onun işi ilə əlaqədar olaraq, Ş.Əlixanovanın evində axtarış və götürmə aparılıb. Hər iki ərizəçi axtarış və götürmənin qanunsuzluğunu iddia edib. B.Hacıyev həmçinin, azadlıq və toxunulmazlıq hüququna qanunsuz müdaxilə edilməsindən şikayət edib.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı işi araşdırmağa başlayıb