close

Eyvaz Qurbanov 13 illik kreslosundan ayrıldı

Foto: Oğuz Rayon İcra Hakimiyyəti

Nazirliyin aparat rəhbərinin müavini Oğuzun icra başçısı oldu

Eyvaz Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə iyulun 16-da ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Cavid Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Eyvaz Qurbanov. Foto: Oğuz Rayon İcra Hakimiyyəti.

Eyvaz Qurbanov 2011-ci ildən Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. O, 2005–2010-cu illərdə Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisin III çağırış deputatı olub.

Yeni icra başçısı Cavid Əbdül-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub. O, İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirib.

2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə “RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.

Cavid Əbdul-Qədirov. Foto: “sosial.gov.az”

2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışırdı.

Ana səhifəBölgəEyvaz Qurbanov 13 illik kreslosundan ayrıldı