close

Ayasofyanı ziyarət xarici vətəndaşlar üçün ödənişli olacaq

Ayasofya. Foto: Wiki

Nazir deyir ki, yeni qaydaya keçidin məqsədi ziyarətlərin intensivliyini minimuma endirməklə, ibadətlərin keyfiyyətini artırmaqdır

1935-ci ildən muzey kimi fəaliyyət göstərən, 2019-cu ildə isə məscidə çevrilən Ayasofya xarici vətəndaşlar üçün ödənişli olacaq.

Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy keçirdiyi mətbuat konfransında deyib.

Ayasofyada ziyarətçi idarəetmə tətbiqinə keçirik. Göz bəbəyimiz, bəşəriyyətin ortaq irsi olan Ayasofya məscidimiz çox yaxşı mühafizəyönümlü ekosistemə daxil ediləcək”, – nazir deyib.

Onun sözlərinə görə, yeni qaydaya keçidin məqsədi ziyarətlərin intensivliyini minimuma endirməklə, ibadətlərin keyfiyyətini artırmaqdır.

Mehmet Nuri Ersoy bildirib ki, 2024-cü il yanvarın 15-dən etibarən xarici vətəndaşlar məscidə ödənişlə girəcəklər.

Giriş qiyməti ilə bağlı məlumat verilməyib.

Türkiyə vətəndaşları üçün ibadət və ziyarət pulsuz olacaq.

1500 illik tarixi olan, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Ayasofya binası tikildikdən sonra, öncə kilsə, İstanbulun fəthindən sonra məscid, 1930-cu illərdən sonra isə muzey kimi fəaliyyət göstərib.

Rəcəp Tayyip Ərdoğan Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi təklifini 2018-ci ildə irəli sürüb. Bu da dünya miqyasında dini və siyasi liderlərin beynəlxalq tənqidinə səbəb olub.

UNESCO Türkiyəni muzeyin statusunu dəyişdirməməyə çağırıb.

2019-cu ildə Türkiyə Prezidenti bununla bağlı fərman imzalayıb. 2020-ci ildən isə Ayasofya məscid kimi fəaliyyətə başlayıb.

Ayasofyanı Bizans imperatoru Konstantin tikdirib, 360-cı ildə kilsənin açılışını edib.
Ayasofyaya muzey statusu 1934-cü ildə verilib.

1935-ci ildən isə muzey kimi fəaliyyətə başlayıb.

Ayasofya Türkiyənin ən çox ziyarət edilən tarixi abidələrindəndir.

Ana səhifəMədəniyyətAyasofyanı ziyarət xarici vətəndaşlar üçün ödənişli olacaq