close

Azərbaycan FHN Qarabağ ermənilərinə yardım göndərdiyini deyir

Foto: “fhn.gov.az”

Nazirlik bildirib ki, bu addım davamlı olacaq

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması məqsədilə ora ərzaq və gigiyenik vasitələr göndərdiyini açıqlayıb.

Qurum bildirib ki, sentyabrın 22-də iki 20 tonluq yük avtomobili və çörəklə dolu daha iki avtomobil Ağdamdan Xankəndiyə yola salınıb.

Nazirlik bildirib ki, bu addım davamlı olacaq:

“Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq”.

Bir gün öncə, sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan rəsmiləri arasında görüş keçirilib.

Görüşdə ikitərəfli münasibətlər, var olan problemlərin həlli müzakirə edilib.

Görüşlə bağlı Prezident Administrasiyasının açıqlamasında bildirilirdi ki, görüşdə erməni sakinlər ərzaq və yanacaq sarıdan problemlərin olduğunu bildiriblər.

Azərbaycan tərəf isə öz növbəsində bu problemin həlli üçün əlindən gələni edəcəyini bildirib.

Ana səhifəSosialAzərbaycan FHN Qarabağ ermənilərinə yardım göndərdiyini deyir