close

Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza istənilib

Azərbaycanın Tehrandakı səfirliyi. Foto: Reuters

Prokuror İranda istintaqın hələ açıq olduğunu deyir

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsə ən ağır cəzanın verilməsi tələb olunub.

İRNA-nın məlumatına  görə, Tehranın prokuroru Əli Salihi belə deyib.

“Tehran Cinayət Prokurorluğunda məhkəmə istintaqı başa çatdıqdan sonra, bu iş üzrə müttəhim Azərbaycan vətəndaşını səfirlik daxilində odlu silahdan istifadə etməklə qəsdən öldürmək, satın almaq, gəzdirmək və saxlamaqda ittiham edilib”, – prokuror deyib.

Bildirib ki, təqsirləndirilən şəxsə qanunsuz silah-sursat, o cümlədən 1 “Kalaşnikov”, 1 tapança da daxil olmaqla ictimai asayişin pozulması ittihamı da verilib.

Həmçinin bildirib ki, istintaq əlavə araşdırma üçün hələ açıqdır.

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Ana səhifəXəbərlərAzərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza istənilib