close

Azərbaycanda daha bir siyasi partiya bağlandı

Foto: screenshot Reaksiya TV


VAMBP bağlanmasını regiondakı yeni siyasi reallıqla əlaqələndirib

Vahid Azərbaycan Milli Birlik Partiyası özünü buraxıb.

Bu barədə partiya aprelin 27-də bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın II Qarabağ müharibəsində qələbəsindən sonra regionda yeni geosiyasi reallıq formalaşıb və bu da yeni siyasi şərtlər ortaya qoyub.

Partiya hesab edir ki, tarixin bu mərhələsində ölkədə həmrəyliyə ehtiyac var:

Ölkəmizin və cəmiyyətimizin inkişafı naminə bütün siyasi və intellektual potensialın səfərbər olması zəruri vəzifəyə çevrilib”.

Bir çox yeni siyasi və ictimai təşkilatlar meydana çıxıb, eyni zamanda bəzi təşkilatların öz fəaliyyətini dayandırmağa zəmin yaranıb. Bütün bunları nəzərə alaraq Vahid Azərbaycan Milli Birlik Partiyası siyasi təsisat kimi fəaliyyətinə son qoyulması barədə qərar qəbul edib”, – deyə bəyanatda qeyd olunub.

Partiyanın bəyanatı. Mənbə: VAMBP

Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) 1992-ci ildə təsis olunub.

Partiya 1993-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Azərbaycanda hansı partiyalar buraxılıb?

Aprelin 17-də Aydınlar Partiyası da fəaliyyətinə xitam verib.

Son iki həftədə Azərbaycan Liberal Demokrat, Müstəqil Xalq, Azərbaycan Milli Demokrat, Yeni Yol partiyaları fəaliyyətlərini dayandırıb.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

Ana səhifəSiyasətAzərbaycanda daha bir siyasi partiya bağlandı