close

Azərbaycanda hərbçilərin vəzifə maaşları artırılıb

Azərbaycan ordusu, Foto: Bumble Dee/shutterstock

İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Azərbaycanda hərbçilərin vəzifə maaşları artırılıb.

Bu barədə noyabrın 7-də Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda bildirilir ki, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz, Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Ana səhifəSosialAzərbaycanda hərbçilərin vəzifə maaşları artırılıb