close

Azərbaycanın üç klubu Konfrans Liqasında cavab oyununu keçirib

Foto: UEFA-nın rəsmi saytı

“Neftçi” və “Sabah” növbəti mərhələyə yüksəlib

Avqustun 3-də UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları baş tutub. Azərbaycanı bu turnirdə təmsil edən üç klub da cavab matçlarını keçirib.

Əvvəlcə saat 20:00-da başlayan oyunda meydana “Sabah” komandası çıxıb. Masazırda kecirilən qarşılaşmada “Sabah” Latviyanın RFS komandasını qəbul edib. Bakı təmsilçisi ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Cavab oyunu da Azərbaycan klubunun qələbəsi ilə başa çatıb – 2:1.

“Sabah” 3-cü təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq.

“Neftçi” və “Qəbələ” komandalarının oyunları isə eyni saatda – 21:00-da start başlayıb.

“Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qəbələ” isə Kiprdə “Omoniya”nın qonağı olub. Qəbələ təmsilçisi öz meydanında keçirdiyi ilk matçda rəqibinə uduzmuşdu – 2:3. Cavab görüşü də “Qəbələ”nin məğlubiyyəti ilə bitib. “Qırmızı-qaralar” bu dəfə 1:4 hesabı ilə uduzub. Bununla da, “Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb.

Ana səhifəİdmanAzərbaycanın üç klubu Konfrans Liqasında cavab oyununu keçirib