close

Bayden Qəzzada atəşkəsin davam edəcəyinə ümidlidir

Qəzza. Foto: Reuters

HƏMAS  17 girovu , İsrail isə 39 fələstinli yeniyetməni azad edib

ABŞ Prezidenti Co Bayden İsraildən götürülmüş 17 nəfər girovun azad edilməsindən sonra müvəqqəti atəşkəsin bütün əsirlər buraxılanadək davam edəcəyinə ümid etdiyini bildirib. İsrail isə 39 yeniyetmə fələstinli məhbusu noyabrın 26-da azad edib.

HƏMAS-ın azad etdikləri içində on üç israilli, üç taylandlı və bir Rusiya vətəndaşı olduğu bildirilir. Beynəlxalq Qızıl Xaç Komitəsi həmin 17 nəfərin noyabrın 26-da Qəzzadan İsrailə köçürüldüyünü təsdiqləyib. HƏMAS-ın İsrail şəhərlərinə hücumu, 1200 nəfərin ölümünə, 240 nəfərin əsir düşməsinə səbəb olub. Bundan sonra İsrail cavab olaraq Qəzzaya hava və quru əməliyyatlarına başlayıb.

Müharibə başlayandan bəri ilk dəfə ötən həftə dörd günlük atəşkəs razılığına gəlinib. Qəzzanın səhiyyə orqanları bildirir ki, İsrailin hücumu nəticəsində 14,800 fələstinli öldürülüb, yüz minlərlə insan isə didərgin düşüb.

İsrail atəşkəsin müvəqqəti olduğunu, girovlar qaytarılandan sonra əməliyyatlara davam edəcəyini açıqlayıb.

Ana səhifəDünyaBayden Qəzzada atəşkəsin davam edəcəyinə ümidlidir