close

Gəncədə gənc qız qətlə yetirilib, qardaşı şübhəli şəxs qismində saxlanılıb

Qətl, Mənbə: alexeisido/shutterstock

Pəri Allahverdizadəyə boğaz nahiyəsindən yetirilmiş xəsarət ölümcül olub


Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib. Hadisə noyabrın 26-dan 27-nə keçən gecə saat 1 radələrində şəhərin Şahsevənlər küçəsində baş verib.

Pəri Allahverdizadəyə boğaz nahiyəsindən yetirilmiş xəsarət ölümcül olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Pəri Allahverdizadənin qətlinə görə hadisədən dərhal sonra onun qardaşı Əli Allahverdizadə saxlanılıb.

Gəncə Şəhər Prokurorluğunun məlumatına görə, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 2001-ci il təvəllüdlü Əli Allahverdizadə şübhəli şəxs qismində tutulub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Pəri Allahverdizadə ilə onu öldürməkdə ittiham olunan qardaşı Əli əkizdir.

Hərbi xidmətdən sonra ordu sıralarında qalıb xidmətini davam etdirən 22 yaşlı Əli Allahverdizadənin həm də karate üzrə peşəkar idmançı olduğu bildirilir.

Ana səhifəSosialGəncədə gənc qız qətlə yetirilib, qardaşı şübhəli şəxs qismində saxlanılıb