close

Blinkenin Əliyev və Paşinyanla görüşü gözlənilir

Blinken, Əliyev və Paşinyan. Foto: arxiv

Görüş Münhendə planlaşdırılır

ABŞ dövlət katibi Antoni Blinkenin Münhendə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşlər keçirəcəyi bildirilir.

“Turan” İnformasiya Agentliyinə Vaşinqtondakı diplomatik mənbələrdən bildirilib ki, ABŞ mövcud fikir ayrılığını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistan liderlərini bir araya gətirməyə çalışır.

“Antoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrılıqda görüşməyi planlaşdırır”, – bunu isə ABŞ Dövlət Departamenti fevralın 16-da bildirib.

Diplomatik mənbələr isə bildirir ki, liderlərlə görüşlər “sonrakı müzakirələr üçün perspektivlər aça bilər”.

Blinkenin Ermənistanın Baş naziri ilə görüşü yerli vaxtla səhər saat 9-a, İlham Əliyevlə isə saat 13:30-a planlaşdırılıb. Antoni Blinken bu gün bir sıra digər ikitərəfli və çoxtərəfli görüşlərdə də iştirak edəcək.

Ana səhifəSiyasətBlinkenin Əliyev və Paşinyanla görüşü gözlənilir