close

Tatevik Ayrapetyan: “Azərbaycanın iştahası günü-gündən daha da artır”

Foto: Vladimir Zotov/Shutterstock

Ermənistan şərhçiləri İlham Əliyevin çıxışına diqqət çəkiblər

“Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində verdiyi bəyanatlar lokal toqquşmaların mümkünlüyündən xəbər verir ki, bu da genişmiqyaslı müharibəyə aparıb çıxara bilər”, – Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Hökumət başçısı təsdiqləyib ki, bütün sülh sazişləri sıfra endirilib və onun bəyanatları Azərbaycana yeni güzəştlərə bəraət qazandıra bilər, – “Kavkazski uzel”in sorğu keçirdiyi Yerevan politoloqları belə ehtimal edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimi zamanı bəyan edib: “Bizə qarşı ərazi iddialarına son qoyulmazsa, Ermənistan öz qanunvericiliyini normal vəziyyətə gətirməzsə, sözsüz ki, sülh müqaviləsi olmayacaq”.

Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan isə deyib:
“Ermənistanın qanunvericiliyi Ermənistan Respublikasının daxili işidir və heç bir xarici qüvvənin ölkəmizin daxili işinə qarışmağa ixtiyarı yoxdur”.

“O ki qaldı ərazi iddialarına, Ermənistan Alma-Ata bəyannaməsi əsasında Azərbaycanla bir-birinin ərazi bütövlüyünün tanınması, bunun əsasında iki ölkə arasında sərhədlərin delimitasiyası işlərinin aparılması, suverenlik, yurisdiksiya, tərəflərin bərabərliyi və qarşılıqlı prinsipləri əsasında regional kommunikasiyaların açılması ilə bağlı əldə edilmiş razılaşmalara riayət edir”, – Baqdasaryan fevralın 14-də deyib və əlavə edib ki, Azərbaycan müntəzəm olaraq bu razılaşmaları pozur, aqressiv ritorikaya davam edir, güc tətbiq edir və hədə-qorxu gəlir.
Bundan başqa, onun dediyinə görə, Azərbaycan həyati mühüm əraziləri – Ermənistanın 31 kəndini saxlamağa davam edir və hər şey bunu göstərir. Bakı regionda sabitliyin pozulması ilə bağlı daim təhlükə yaradan düşmənçiliyi dərinləşdirmək strategiyasını davam etdirir.

Nikol Paşinyan parlament iclası zamanı Azərbaycanın Ermənistanın 31 kəndindən getmək istəməməsini “qeyri-konstruktiv” adlandırıb.

“Bizim mövqeyimiz konstruktivdir, biz qoşunların bugünkü mövqelərindən geri çəkilmələrini istəyirik, bunun üçünsə xəritədə və ərazidə Ermənistan-Azərbaycan sərhədi çəkilməli və hər iki tərəfin qoşunları bu xətdən uzaqlaşdırılmalıdır”, – Paşinyan bəyan edib.

“Azərbaycanın iştahası günü-gündən artır, Əliyevsə elə-hey regionda bütün məsələlərin güc və müharibə ilə həll olunacağını deyir”, – azərbaycanşünas Tatevik Ayrapetyan “Kavkazski uzel”in müxbirinə söyləyib.

O, Əliyevin andiçmə mərasimi zamanı verdiyi bəyanatlara diqqət yetirib. Belə ki, Əliyev Azərbaycan ordusunun daha da güclənəcəyini və əgər Yerevan onun bütün şərtlərinə əməl etməzsə, buna görə əməlli-başlı cavab verəcəyini deyib.

“Aydındır ki, Azərbaycan yeni eskalasiya ocaqları yaratmaq istəyir, ancaq Əliyevin Qərbi “Ermənistanın sponsoru” olmaqda ittiham etdiyi indiki zamanda əsas hədəfi məhz AŞ, ABŞ, Fransanın timsalında Avropanın Ermənistandakı müşahidəçiləridir, baxmayaraq ki, onların adlarını çəkmir”, – Ayrapetyan qeyd edib.

Paşinyan hökumətin bugünkü iclasında bəyan edib ki, “bütün əvvəlki razılaşmalar sıfra endirilib”, – “Lragir.am” saytının rus redaksiyasının redaktoru, siyasi analitik Naira Ayrumyan qeyd edib.

Onun dediyinə görə, baş nazir açıq-aydın söyləyib ki, Əliyevin bütün bəyanatları və hərəkətləri tammiqyaslı müharibəyə aparır. Bu müharibə lokal toqquşmalarla başlaya bilər.

“Zənnimcə, bu, onun əsas ismarıcıdır. Niyə belə söylədiyi tamam başqa sualdır, çünki ictimaiyyəti hadisələrin belə gedişatına hazırlamadığı aşkardır. Yəqin ki, bu, bir tərəfdən, Əliyevin, digər tərəfdən, Paşinyanın gerçəkləşdirəcəyi hərbi şantajın bir hissəsidir. Onlar müharibə hədəsi ilə ictimaiyyətdə mənfi qarşılanan müəyyən güzəştlərə və addımlara haqq qazandırmaq istəyirlər”, – Ayrumyan hesab edir.

Onun fikrincə, bu güzəştlər Mehri (Zəngəzur rayonu, – “Kavkazski uzel”in qeydi) dəhlizinə də aid ola bilər. Bununla yanaşı, Ermənistan-Rusiya birgə qoşun qrupuna yeni komandanın təyin edilməsi, KTMT-nin öz sülhməramlı komponenti üzərində işinin sürətlənməsi həmçinin təsadüfi deyil.

2023-cü il martın 15-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan və Rusiyanın birgə qoşun qrupunun rəhbəri Tiqran Pırvanyanı vəzifəsindən azad edib. Fərman Ermənistan hakimiyyətinin KTMT-nin təlimlərində iştirakdan və təşkilatda rəhbər vəzifələr üçün kvotadan imtina etdikdən sonra imzalanıb. Ermənistan Prezidentinin saytında dərc olunan fərmandan məlum olduğu kimi, fevralın 14-də yeni komandan Artak Budaqyan təyin edilib.

“Mən Rusiya qoşunlarının, KTMT-nin və ya digər Rusiyayönlü qurumların nəzarəti altında olan dəhlizin “dinc yolla təslim olmasını” istisna etmirəm”, – Ayrumyan qeyd edib.

“Azərbaycan XİN-nin erməni hərbçilərinin öldürülməsi və eskalasiya ilə bağlı “bu, avropalı müşahidəçilərin nəzarət zonasıdır, bu missiyanın vəzifə məqsədləri suallar doğurur” kimi bəyanatı da təsadüfi deyil”, – Ayrumyan deyib.

Siyasi şərhçi əmindir ki, söhbət avropalı müşahidəçilərin strateji nöqtələrdən çıxarılaraq oraya Rusiya qoşunlarının və ya KTMT qoşunlarının yeridilməsinə hazırlıq prosesindən gedir.

Ana səhifəXəbərlərTatevik Ayrapetyan: “Azərbaycanın iştahası günü-gündən daha da artır”