close

“Boeing 737 Max 9” təyyarələri ilə bağlı araşdırma yekunlaşıb

171 “Boeing 737 MAX 9” təyyarəsi. Foto: Reuters

“Boltlarda boşluq, quraşdırma problemləri var”

ABŞ “Boeing 737 Max 9” təyyarələrində problemlər tapıb.
Alyaska Hava Yollarına məxsus təyyarənin panelində uçuş zamanı partlayış olandan sonra bu təyyarə modeli uçuşdan kənarlaşdırılmışdı. Təyyarədə yaranan problem nəticəsində pilotlar geri dönüş etməyə məcbur qalmış, sərnişinlərdən yaralananlar olmuşdu.

Təyyarələrin reysdən çıxarılması və aparılan araşdırmalar nətcəsində “737 Max 9” təyyarələrində xeyli boşalmış boltlar və digər “quraşdırma problemləri” tapıldığı bildirilir.

“The Guardian” yazır ki, bu hadisədən sonra “Boeing” səhmləri 8 faiz ucuzlaşıb.

Yanvarın 5-də Oreqon ştatının Portlend şəhərindən Ontario ştatına gedən təyyarənin panelində partlayış baş verib, nəticədə sol tərəfi qopub.

Pilotlar göyərtəsində 171 sərnişinin və altı ekipaj üzvünün olduğu təyyarəni geri dönüş etdirməyə məcbur qalıb.

Hadisə nəticəsində ölən olmayıb, lakin bir neçə sərnişin xəsarət alıb. Problemin yarandığı təyyarə yenidir, 8 həftə əvvəl istifadəyə verilib.

Yanvarın 6-da həm “Alaska Airlines”, həm də “United Airlines” (UAL.O) Federal Aviasiya Administrasiyasının (FAA) narahatlıqları əsasında təyyarələrə baxış keçirilməsi qərarı verilib.

Ana səhifəDünya“Boeing 737 Max 9” təyyarələri ilə bağlı araşdırma yekunlaşıb