close

Bu il birinci instansiya məhkəmələrində 13 min 715 nəfər haqqında ittiham hökmü çıxarılıb

Məhkəmə. Foto: Meydan TV

Müxtəlif cinayətlərdə ittiham olunan 178 nəfər bəraət alıb

2023-cü ilin 11 ayı ərzində Azərbaycanda müxtəlif cinayətlərdə ittiham olunaraq, məhkəmələrdə mühakimə edilən şəxslərdən 178 nəfər haqqında bəraət hökmü çıxarılıb. Bu barədə Baş prokurorun müavini Heydər Məmmədov məlumat verib.

Heydər Məmmədov vəkillərin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.

Mətbuata açıqlama verən Baş prokurorun müavini bildirib ki, bu ilin yanvar-noyabr ayları ərzində birinci instansiya məhkəmələrində baxılan 12 min 434 cinayət işində 13 min 715 nəfər haqqında ittiham hökmü çıxarılıb. Eyni zamanda, 143 iş üzrə 178 nəfərə bəraət verilib.

“İttiham tərəfi olaraq,  prokurorluqda  – bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir”, – Baş prokurorun müavini belə deyib.

Azərbaycanda 28 dekabr “Vəkil Günü” kimi qeyd olunur.

Ana səhifəSosialBu il birinci instansiya məhkəmələrində 13 min 715 nəfər haqqında ittiham hökmü çıxarılıb