close

BVF: 2028-ci ildə ümumi daxili məhsulun real artımının ən aşağı səviyyəsi Azərbaycanda olacaq

Ümumi Daxili Məhsul. Foto: AlexLMX/shutterstock

“Bu il Azərbaycandakı işsizlik faizi dəyişməz qalacaq – 5.9 faiz olacaq”

Beynəlxalq Valyuta Fondu (BVF) “Dünyanın İqtisadi Mənzərəsi” adlı hesabat dərc edib.

Bu hesabatda qarşıdakı beş il ərzində dünya ölkələrinin iqtisadi göstəricilərinin proqnozunu verib.

Hesabatda Cənubi Qafqazın üç ölkəsi barədə də iqtisadi göstəricilər yer alıb. Məlum olub ki, 2028-ci ildə ümumi daxili məhsulun (ÜDM) real artımının ən aşağı səviyyəsi Azərbaycanda olacaq – 2.5 faiz. Ən yüksək göstərici Gürcüstandadır – 5.2 faiz gözlənilir.

Ermənistanda isə artımın 4.5 faiz olacağı proqnozlaşdırılır.

“Baku Research İnstitute”u hər üç ölkədəki işsizliyin, istehlak qiymətlərinin və real ÜDM artımının illər ərzində faktiki vəziyyətini və proqnozlaşdırılan rəqəmləri cəmləyib.

Məlum olub ki, 2022-ci ildə işsizlik səviyyəsinin ən aşağı olduğu ölkə Azərbaycan olub – 5.9 faiz. Həmin il Ermənistanda 13, Gürcüstanda 17.3 faiz işsizlik qeydə alınıb.

Müstəqil ekspertlər tez-tez açıqlamalarında bildirirlər ki, Azərbaycanda işsiz əhalinin sayı ilə bağlı açıqlanan statistikalar reallığı əks etdirmir. İşsizliyin əsl faizi gizli saxlanılır. Əslində açıqlanan rəqəmdən qat-qat yüksək olduğu ehtimal olunur.

Specify Caption
Foto: Beynəlxalq Valyuta Fondu

2023-cü il bitmədiyindən işsizliklə bağlı rəqəmlər tam məlum deyil. BVF-nin proqnozuna görə, bu il Azərbaycandakı işsizlik faizi dəyişməz qalacaq – 5.9 faiz olacaq. Ermənistanda 13.5 faizə qalxacaq, Gürcüstanda isə daha bir faiz artaraq – 18.4 olacaq.

2024-cü ilin proqnozuna gəlincə, gözlənilən odur ki, Azərbaycanda işsizlərin sayı cüzi azalacaq, ümumi faiz – 5.8 olacaq.

Ermənistanda işsizlər artaraq ümumi faizdə – 14-ə qalxacaq. Gürcüstanda isə işsizliyin faizi 18.6-ya qalxacaq.

ÜDM artımına baxaq, 2022-ci ildə Azərbaycanda artımın 4.6 faiz olduğu açıqlanıb. BVF-nin proqnozuna görə, 2023 və 2024-cü illərdə bu rəqəm azalaraq 2.5 faizə enəcək. 2028-ci il üçün də proqnoz elə 2.5 faizdir.

Ermənistanda 2022-ci ildə 12.6 faiz açıqlanan ÜDM-nin 2023-cü ildə 7, 2024-cü ildə 5, 2028-ci ildə isə 4.5 faizə enəcəyi proqnozlaşdırılır.

Gürcüstanda hökumət 2022-ci ildə ÜDM-nin real artımının 10.1 faiz olduğunu açıqlayıb.

BVF isə düşünür ki, 2023-cü ildə bu rəqəm 6.2, 2024-cü ildə 4.2, 2028-ci ildə isə 5.2 faiz olacaq.

İstehlak qiymətlərində də dəyişikliklər gözlənilir (istehlak üçün alınan bütün məhsul və xidmətlərin qiyməti).

2022-ci ildə Azərbaycanda istehlak qiymətlərinin orta illik səviyyəsi 13.9 faiz olub. Proqnoza görə 2023-cü ildə bu rəqəm 10.3, 2024-cü ildə 5.6, 2028-ci ildə 4 faizə enəcək.

Ermənistanda isə 2022-ci ildə açıqlanan rəqəmə görə, istehlak qiymətlərinin orta illik səviyyəsi 8.6 faiz olub. 2023-cü ildə bu rəqəmin 3.5, 2024 və 2028-ci ildə isə 4 faiz olacağı gözlənilir.

Gürcüstanda 2022-ci ildə bu rəqəm 11.9 faiz açıqlanıb. 2023-cü ildə 2.4, 2024-cü ildə 2.7 faizə enəcəyi, 2028-ci ildə isə 3 faizə qalxacağı proqnozlaşdırılır.

Ana səhifəİqtisadiyyatBVF: 2028-ci ildə ümumi daxili məhsulun real artımının ən aşağı səviyyəsi Azərbaycanda olacaq