close

Daha bir əsgərin intihar etdiyi bildirilir

Əsgər. Foto: Meydan TV

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda cinayət işi açılıb

İyulun 26-da daha bir əsgərin intihar etdiyi bildirilir.

Qubadlı Hərbi Prokurorluğunun yaydığı məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Telman Əyyubov intihar edib. Onun odlu silahla özünü vurduğu deyilir.

Qeyd olunur ki, Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyidə baxış keçiriblər.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb

“Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.

Bu, gün ərzində baş verən ikinci oxşar hadisədir. Bundan əvvəl əsgər İlkin Ələkbərovun özünü öldürdüyü barədə məlumat yayılıb .

Təəssüf ki, hər iki əsgərin yaxınları ilə əlaqə saxlamaq cəhdimiz baş tutmayıb.

Ana səhifəXəbərlərDaha bir əsgərin intihar etdiyi bildirilir