close

Müdafiə Nazirliyi əsgərin intihar etdiyini deyir

Foto: Meydan TV

Faktla bağlı cinayət işi açılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri İlkin Ələkbərovun intihar etdiyi bildirilir.

Onun odlu silahla özünü vurduğu qeyd olunub.

Daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyidə baxış keçirib, eləcə də digər hərəkətlər icra edilib.

Hərbi Prokurorluqdan Meydan TV-yə verilən məlumatda vurğulanır ki, Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

“Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib“, – prokurorluğun məlumatında deyilir.

İlkin Ələkbərovun hansı rayondan çağırışçı olduğu haqda məlumat yoxdur.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi əsgərin intihar etdiyini deyir