close

Daşkəsənə yeni icra başçısı təyin olundu

Daşkəsən Rayon İcra Hakimiyyəti. Foto: Wikimedia

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Əhəd Abıyevi əvəzləyəcək

Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu barədə iyulun 15-də dövlət başçısı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Orxan Abbasov. Foto: “edu.gov.az”

ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunu olan Orxan Abbasov bu günə qədər Elm və Təhsil Nazirliyinin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

Daşkəsən Rayonunun İcra başçısı Əhəd Abıyev 2023-cü ilin iyulunda vəzifəsindən azad edilmişdi.

Ana səhifəBölgəDaşkəsənə yeni icra başçısı təyin olundu