close

Deputat olmaq istəyən 401 nəfərin sənədləri MSK-ya təqdim edilib

Azərbaycanda seçki. Foto: Andy.LIU/shutterstock

13 siyasi partiyadan 168 şəxs müraciət edib

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olmaq istəyən 401 nəfər sənədlərini MSK-ya təqdim edib.

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov iyulun 15-də jurnalistlərə bu barədə açıqlama verib.

Onun sözlərinə görə, siyasi partiyalar seçkilərlə bağlı kifayət qədər fəallıq nümayiş etdirirlər:

“Belə ki, 401 nəfərin arasında təqribən 168 şəxs 13 siyasi partiyanın təmsilçisidir. Bu say sürətlə artır”.

Rövzət Qasımov. Foto: Azərtac-dan screenshot

R.Qasımov hələlik 150-yə yaxın yerli müşahidəçinin akkreditə olunduğunu qeyd edib:

Amma bu proses o qədər də intensiv xarakter daşımır. Çünki proseslər seçkiyə az qalmış intensivləşir”.

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətDeputat olmaq istəyən 401 nəfərin sənədləri MSK-ya təqdim edilib