close

Dunya Miyatoviç Söyüdlü hadisələri ilə bağlı daxili işlər nazirinə məktub yazdı

Foto: Turan İA

Avropa Şurasının İnsan Haqları Komissarı aksiya iştirakçılarının həbsindən narahatlığını ifadə edib

Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova məktub yazıb.

Məktubda  Gədəbəy rayonunun Söyüdlü kəndində ekoloji etirazların dağıdılması və iştirakçıların həbsindən narahatlıq ifadə olunur.

Dunya Miyatoviç bildirir ki, həmin etirazlarda polisin kənd sakinlərinə qarşı güc tətbiqi və iğtişaşlara nəzarət vasitələri ciddi insan hüquqları problemlərindən xəbər verir.

O, hüquq-mühafizə orqanlarının hesabatlılığının təmin edilməsinin və polis toplantılarında iştirak edən bütün polis əməkdaşlarına insan hüquqları standartları üzrə adekvat təlimlərin verilməsinin vacibliyini vurğulayıb.

“Həmin etirazlar dinc xarakter daşıyırdı. Bunu nəzərə alaraq, həmin dinc etirazların dağıdılmasının hüquqi əsasları, habelə ictimai tədbirlərə polislərin cəlb edilıməsi ilə bağlı izahat verilməlidir”.

Müvəkkil vurğulayır ki, etirazlardan sonra Söyüdlü kəndinə girişə qoyulan məhdudiyyətlər “yerli sakinlərin insan hüquqları, o cümlədən hərəkət azadlığı və şəxsi həyata hörmətlə bağlı ciddi narahatlıqları artırıb”.

O qeyd edir ki, bu tədbirlər həm də müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vəkillərin qanuni fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. O, bu tədbirlərin hüquqi əsasları və onların ifadə və dinc toplaşmaq azadlıqlarının həyata keçirilməsinə dair insan hüquqları standartlarına uyğunluğu, habelə ictimai işlərdə iştirak hüquqları və ədalətli məhkəmə təminatları haqqında məlumat tələb edib.

Vilayət Eyvazov
Foto: arxiv

İyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin sakinləri yaşadıqları ərazi yaxınlığındakı qızıl yataqlarının çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, 10 nəfərədək şəxsə xəsarət yetirib. Bundan sonra etirazçılardan beş nəfər inzibati həbs olunub.

İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub.
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib. Bildirib ki, kimsənin polisə ləkə vurmasına imkan verməyəcək.
Vətəndaşlar qanuna tabe olmalıdır“, – o bildirib.

Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini deyib. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağını istismar edən “Anglo Asian Mining” şirkətinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Ana səhifəSiyasətDunya Miyatoviç Söyüdlü hadisələri ilə bağlı daxili işlər nazirinə məktub yazdı